Parisdə PSJ azarkeşləri iğtişaşlar törədib, saxlanılanlar var

Futbol azarkeşləri Parisin XVI dairəsində PSJ-nin ev oyununu keçirdiyi "Park de Prens" stadionunun yaxınlığında iğtişaşlar törədiblər.

"Report"un məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, xuliqanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar, fişənglər atıblar. Polis buna göz yaşardıcı qazdan istifadə edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, iğtişaşlarla bağlı 10 nəfər saxlanılıb.