Rusiya bu yolda Gürcüstandan istifadə edir - Zurabişvili

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Rusiyanı ölkəsinə qarşı hibrid müharibə və hücumlar aparmaqda ittiham edib.

Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, bunu Odessada keçirilən forumda çıxışı zamanı səsləndirib. Zurabişvili bildirib ki, Moskva Gürcüstandan hibrid təsir metodlarının sınaqdan keçirildiyi platforma kimi istifadə edir.

Onun sözlərinə görə, bu proses təbliğat kampaniyaları, dövlət institutlarına təsir göstərilməsi və qanunvericilik vasitəsilə təzyiq mexanizmlərinin tətbiqi ilə müşayiət olunur.

O, hesab edir ki, bu addımların əsas məqsədi Tiflisin Avropa inteqrasiyası istiqamətindəki kursunu zəiflətməkdir.

Zurabişvili qeyd edib ki, son illərdə qəbul olunan bəzi qanunlar da Gürcüstanın öz gələcəyini sərbəst şəkildə müəyyən etmək hüququna təsir göstərməyə yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.