Çin Avropa İttifaqının (Aİ) azad ticarət və bazar rəqabəti qaydalarına riayət etməsini gözləyir.
"Report"un məlumatına görə, bu barədə Çinin Ticarət Nazirliyinin bəyanatında bildirilir.
"Çin ümid edir ki, Avropa İttifaqı ÜTT qaydalarına riayət edəcək, azad ticarət və ədalətli rəqabət prinsiplərini qoruyacaq, qəti şəkildə proteksionizm və birtərəfliliyə qarşı çıxacaq", - bəyanatda deyilir.
Nazirlik həmçinin qeyd edib ki, Çin və Aİ arasında rabitə kanalları açıq olaraq qalır.