Xarici siyasət strategiyamız: "Beynəlxalq hüququn müdafiəsi..." 

Azərbaycanın beynəlxalq nüfuz və imici ilbəil artmaqdadır. Əlbəttə, bütün bunlar ciddi diplomatik səy və çalışmalar nəticəsində baş tutub, tutur. Çünki olkəmizin 2010-2020-ci illər ərzində bir sıra beynəlxalq təşkilatlar  üzv olub. Məsələn, 
2011-ci ildə Qoşulmama Hərəkatına,
2012-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv olub. 2012-ci ildə Azərbaycan Nüvə Terrorçuluğu ilə mübarizə üzrə Qlobal Təşəbbüsə qoşulub.
Bundan başqa, 2012-ci ildə BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv,
2012-2013-cü illərdə BMT TŞ-yə qeyri-daimi üzvlük və 2012-ci ilin may ayında BMT TŞ-yə sədrlik, 2012-2015-ci illərdə ÜST İcraiyyə Şurasına üzvlük, 2014-2017 və 2018-2021-ci illərdə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvlük,
2015-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu 
2015-2018-ci illərdə Beynəlxalq Telekommunikasiya Şurasına üzvlük,
2015-2019-cu illərdə UNESCO-nun Beynəlxalq İrs Komitəsinə üzvlük,
2017-2019-cu illərdə BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzvlük,
2017-2019-cu illərdə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının İcraiyyə Şurasına üzvlük,
2017-2020-ci illərdə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzvlük,
2017-2020-ci illərdə Ümumdünya Poçt İttifaqının Administrativ Şurasına üzvlük 
2018-2020-ci illərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Müdirlər Şurasına üzvlük,
2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrlik
2019-cu ildə Qrup 77-yə (G77) tamhüquqlu üzv,
2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində iştirakçı statusu
2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik,
2019-2022-ci illərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzvlük,
2019-2023-cü illərdə UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzvlüklər reallaşıb.

Ölkəmizin beynəlxalq təşkilarla əlaqələrinə münasibət bildirən millət vəkili Asim Mollazadə "Sherg.az"a bildirib ki, Azərbaycan üzv olduğu və yaxud sədrliyini həyata keçirdiyi beynəlxalq təşkilatlarda hər zaman hüquq normalarını, haqq-ədaləti müdafiə edib:

"Bu da Azərbaycanın bir çox dost və tərəfdaşlar qazanmasına səbəb olub. Ölkəmiz COVİD-19-un fəsadları ilə mübarizədə imkanı az olan ölkələrə maliyyə və vaksin dəstəyini əsirgəməyib. Xüsusilə, Afrika, Asiya və Latın Amerikası ölkələrinə belə yardımlar olunub. Azərbaycanın xarici siyasət strategiyası məhz tərəfdaşlıq, haqq-ədalət və beynəlxalq hüquq normalarının müdafiəsindən ibarətdir. Bu da ölkəmizə hörmət qazandırıb və Azərbaycanla tərəfdaş olan ölkələr mövqeyimizi müdafiə edib. Burada da əsas məqsəd hüququn aliliyinə dəstəkdir. Fikrimcə, məhz tərəfdaşlıq əsasında siyasəti formalaşdırmaq bizə imkan verir ki, ölkəmizin nüfuzunu artıraraq əməkdaşlıq istiqamətində münasibətlərimizi formalaşdıraq".