Xəzərdə itkin düşən hərbi pilot sabiq dövlət müşavirinin kürəkənidir - Polkovnikin axtarışı davam edir

Aviaqəza nəticəsində Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir
Sherg.az-ın xəbərinə görə, hazırda R.Atakişiyevin xilas edilməsi üçün axtarışlar davam edir. 
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Nazirlikdən verilən məlumata görə, nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.