ABŞ Şimali Koreya ilə danışıqlara yenidən başlamağa hazırdır

ABŞ Şimali Koreya ilə nüvə sahəsində müzakirələrə yenidən başlamağa hazırdır.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Administrasiyasının Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stefan Beqan deyib.

Cənubi Koreyaya üçgünlük səfəri zamanı S.Beqan bu ölkənin Koreya yarımadası və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Lee Do-hoon ilə görüşüb. Görüşdə xüsusi nümayəndə ABŞ Prezidenti Donald Trump tərəfindən Şimali Koreya ilə danışıqları bərpa etməklə bağlı tapşırığın verildiyini və Şimali Koreya lideri Kim Çen Inın bunu razılıqla qarşıladığını ifadə edib. Lee Do-hoon isə məsələ ilə bağlı açıqlamasında hazırkı müzakirə mərhələsinə Şimali Koreya, Cənubi Koreya və ABŞ rəhbərlərinin siyasi iradələri sayəsində gəlindiyini bildirib.