“Ermənistan siyasi rəhbərliyi Dağlıq Qarabağ probleminin tənzimlənməsi prosesinə zərbə vuracaq bəyanatlar səsləndirir. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib. Parlament üzvü bildirib ki, düşmən ölkə avantüraya əl atır:
“Bəyanatlar göstərir ki, Paşinyanın ümumiyyətlə münaqişənin həlli ilə bağlı mövqeyi yoxdur. Daha doğrusu ziddiyyətli mövqeyi var. Bir çox hallarda özü-özünü təkzib edir. Məsələn, baş nazir bir müddət əvvəl deyirdi ki, onun Dağlıq Qarabağ adından danışmağa haqqı yoxdur. Çünki həmin bölgədə yaşayan ermənilər səsvermədə iştirak etməyiblər. Ona görə də rejim danışıqlarda “tərəf” kimi çıxış etməlidir. Bu absurd mövqedən sonra Paşinyan iddia etdi ki, “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir”. Bütün bunlar onu göstərir ki, Paşinyan il yarımlıq hakimiyyəti dövründə buraxdığı çoxsaylı səhvlərin üzərini örtməyə çalışır. Baş nazir ölkəsinin düşdüyü ağır şəraitdən çıxış yollarını tapa bilmir. Nəticədə Ermənistandakı böhran daha da dərinləşir”.
Deputat vurğulayıb ki, hazırda Paşinyan əleyhinə Ermənistanda çox ciddi müxalifət formalaşmaqdadır:
“Nicat yolu axtaran Paşinyan hərbi ritorikaya üstünlük verir və özünü kompramissiz siyasətçi kimi göstərməyə çalışır. Paşinyanın avantürist bəyanatları və cəbhədə atəşkəsin mütəmadi pozulması baş nazirin müharibə ritorikasına üstünlük verdiyini təsdiqləyir. Amma zaman Ermənistanın əleyhinə işləyir. Keçən müddət ərzində baş nazir heç bir uğura imza atmayıb, ölkədə iqtisadi durum yaxşılaşmayıb, əhalinin rifahı düzəlməyib, xarici investisiya cəlb olunmayıb. Vaxtı ilə Paşinyanın yanında inqilab edən ermənilər indi baş nazirə müxalif olublar”.
E.Nəsirov hesab edir ki, indiki həssas dönəmdə ATƏT-in Minsk Qrupunun üzərinə əvvəlkindən çox məsuliyyət düşür:
“Hadisələr aprel müharibələrini daha çox xatırlatmağa başlayıb. Kim təminat verə bilər ki, Cənubi Qafqazda növbəti savaş alovu yüksəlməyəcək?! Əgər yenidən hərbi əməliyyatlar başlayarsa, onu dayandırmaq çox çətin olacaq, bəlkə də mümkün olmayacaq. Beynəlxalq təşkilatlar bunu diqqətə almalı və Ermənistanı tutduğu mövqedən çəkindirməlidir”.
Deputatdan anons: "Kim təminat verə bilər ki, Cənubi Qafqazda növbəti savaş alovu yüksəlməyəcək?!"
15:06 30.08.2019
Siyasət
464
Oxşar xəbərlər
Xəbər lenti
İraq Kürdüstanında qaz yatağı atəşə tutulub
23:43 26.04.2024
Dünya
Ursula Fon der Lyayen COP29-a dəvət olunub
23:34 26.04.2024
Dünya
Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət
22:49 26.04.2024
Gündəm
Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan
22:30 26.04.2024
Siyasət
Rusiyadan miqrantlarla bağlı açıqlama
21:57 26.04.2024
Dünya
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
21:36 26.04.2024
Dünya
Sahibə Qafarova Andrija Mandiç ilə görüşüb
21:24 26.04.2024
Siyasət
İlham Əliyevin Almaniya səfəri yekunlaşdı
21:01 26.04.2024
Gündəm
Berlin Bakı-İrəvan danışıqlarına vasitəçi olmağa yaxındır- Aktual
20:46 26.04.2024
Gündəm
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:35 26.04.2024
Siyasət
Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə çağırıb
20:28 26.04.2024
Dünya
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:12 26.04.2024
Gündəm
Berlin mövcud sülh gündəliyini bəyənir - TƏHLİL
20:12 26.04.2024
Gündəm
Əliyevin BƏƏ rəsmisi ilə görüşü keçirilib
20:02 26.04.2024
Gündəm
Ərdoğan Niderland Baş naziri ilə görüşüb
19:11 26.04.2024
Dünya
Ermənistanın gələcəyini Azərbaycan həll edəcək - Politoloq
19:03 26.04.2024
Siyasət
Dünya qastroenteroloqlarının XX beynəlxalq konqresi işə başlayıb
18:59 26.04.2024
Gündəm
İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb
18:23 26.04.2024
Siyasət
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb
17:51 26.04.2024
Aktual
ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi
17:39 26.04.2024
Dünya