Kərimlinin bəhanəsi: "O bildi ki, mitinqə heç kim gəlməyəcək"

“Əli Kərimli çox hiyləgər siyasətçidir”. Bunu Sherg.az-a açıqlamasında politoloq Azər Qasımov deyib. 

Ekspertin sözlərinə görə, son günlər AXCP funksionerləri arasında baş verən hadisələr partiyanın imicinə böyük zərbə vurub: 

“Bura həm onun müavini ilə əlaqəli , həm də onu partiyadaxili diktatorluqda, yalançılıqda, şəxsi mənafeyini güdməkdə günahlandıran  partiya funksionerinin dedikləri aiddir.

Mitinq üçün icazə istənilən vaxt bu hadisələr baş verməmişdi, bu hadisələr baş verdikdən sonra isə hakimiyyətin onlara mitinqə icazə verməsinə baxmayaraq mitinqdən imtina etməsi onun artıq xalq arasındakı az da olsa dəstəkdən məhrum olmasını başa düşməsi oldu.

O, bildi ki, mitinqə özünün başında olduğu qrupdan başqa kimsə gəlməyəcək. Bunu bildiyi üçün o, müxtəlif bəhanələr gətirərək mitinqdən imtina etdi. Əli Kərimli həmişə özünü xalqın əzabkeş müdafiəçisi kimi göstərsə də, heç vaxt dövlət maraqları, dövlətin beynəlxalq imici haqqında düşünməyib. O, elə başa düşür ki, hakimiyyəti yeri gəldi gəlmədi tənqid etməklə xalqa dəstək olur. Əslində onun bu hərəkətləri qərəzli olduğu üçün bundan kənar qüvvələr dövlət əleyhinə istifadə edir. Tənqid hər zaman dövlət və dövlətçilik mənafeyi baxımından olmalıdır ki, düşmənlərimiz buna müxtəlif don geyindirib bizim əleyhimizə istifadə etməsinlər".