Son dəqiqə: Tramp terrorçulara geri çəkilin çağırışı edib


ABŞ Prezidenti Donald Tramp YPG/PKK terror təşkilatlarının Türkiyə sərhədindən çəkilməyə meyli olduğunu və təşkilatın çəkilməsinə ümid etdiyini ifadə edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Vaşinqtonda seçicilərlə bir araya gələn Tramp, ABŞ əsgərlərinin "Sülh çələngi" əməliyyatı bölgəsindən çəkilmə qərarını qiymətləndirib.

Keçən il "İraq ilə Regional Kürd rəhbərliyi arasında qaldığını" ifadə edən Tramp bu dəfə də "Türkiyə ilə YPG/PKK arasında qaldığını" ifadə edib.

Tramp, "Kürdlər (YPG/PKK) Türkiyə sərhədi boyunca 30 kilometrlik ərazidən çəkilməyə meyllənib və bu yaxşı bir şeydir. Buraxın onların (türklərin) sərhədləri onların olsun." deyə danışıb.

ABŞ əsgərlərinin bölgədən çəkilmə qərarını da qiymətləndirən Tramp, "Öz sərhədimizi qoruya bilmədiyimiz halda , hərbçilərimizi Türkiyə -  Suriya sərhədində 50 il daha saxlamamalıyıq" deyə bildirib.

Qərarı nə olursa, olsun medianın hədəfi olacağını ifadə edən Tramp, "Əksinə qərar versəydim. Qalacağıq, döyüşəcəyik və Türkiyəni məğlub edəcəyik desəydim, yenə nifrət edəcəkdilər" ifadəsindən  istifadə edib.

Turan