BMT baş katibi: Suriyada 160 min adam köçürülüb,70 mini uşaqdı

Türkiyə ordusunun Suriyanın şimalında terrorçu qruplaşmalar- YPG,PYD və PKK-ya qarşı apardığı təmizləmə əməliyyatı nəticəsində 160 min nəfər həmin ərazidən köçürülüb.

«Sherg.az» Fransanın«bfmtv.com» saytına istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quttereş açıqlayıb. Məlumata görə, həmin 160 minin 70 mini uşaqlardan ibarətdir. Baş katib tərəfləri məsələni dinc yolla həll etməyə çağırıb:

«Sivil vətəndaşların qorunması məsələsinə xüsusi diqqət yetirilsin. Bundan başqa tərəfləri uşaqları qorumağa çağırırıq».