“Karmen” təkzib etdi: Unun qiyməti qalxmayıb

Bəzi Kütləvi İnformasiya Vasitələrində “Karmen” ununun qiymətinin artması ilə bağlı yanlış məlumatlar yer alıb. Xəbərlərdə deyilir ki, şirkət 50 kiloqramlıq kisələrdə olan unu 28 manata satır.

“Karmen” şirkəti bununla bağlı açıqlama yayaraq məlumatın yalan olduğunu bildirib. Belə ki, 50 kq-lıq kisələrdə “Karmen” unu 23.30 manata satışa çıxarılıb.

Məlumatda həmçinin qeyd olunur ki, qiymətlər sonuncu dəfə bir ay əvvəl endirilib. Şirkət həmişə öz fəaliyyətində əlverişli qiymətlərə və yüksək keyfiyyətə üstünlük verir. Cenevrə beynəlxalq laboratoriyasında “Karmen” unu dünyanın ən yüksək keyfiyyətli unlarından biri kimi tanınır.

Şirkət həmçinin dəqiqləşdirilməmiş məlumat yayan media qurumlarını da qınayır.