Moskvada Aİİ liderlərinin iclası başlayıb

Moskvada Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclası başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremldə keçirilən iclas Ermənistanın sədrliyi ilə keçirilir.

Aİİ ölkələrinin dövlət başçıları ilk olaraq məhdud tərkibdə görüşüblər.