Xurma yığırdı, xəstəxanalıq oldu


Ağstafa sakini xurma ağacından yıxılıb.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə Həsənsu kəndində qeydə alınıb.
Kənd sakini 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Əsgər oğlu həyətində ağacdan xurma yığan zaman yıxılıb. 34 yaşlı ki dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.