Ovannisyan: "Azərbaycan böyük müharibəyə hazırlaşır"

Azərbaycan gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi və hərbi qulluqçuların döyüş ruhunun saxlanması üçün böyük iş aparır. Ölkənin bu istiqamətdə uğurlarını düşmən də qəbul edir.

Axar.az xəbər verir ki, bu barədə erməni hərbi ekspert Karen Ovannisyan Feysbuk hesabında yazıb.

“Demək olar ki, Azərbaycanın Silahlı Qüvvələrinin bütün sərhəd bölmələri düşmənə mesaj verir. Bu mesajları quş uçuşu hündürlüyündən görmək mümkündür: “Şəhidlər ölməz”, “Azərbaycan ordusu”, “Vətən bölünməz”, “Hər şey vətən üçün” (Azərbaycan xəritəsi), “Ordum varsa, evim də var” olduqca əlamətdardır... Bu, oxuduqları bir şeirin misrasıdır: “Mən öz əlimlə düşmən yuvasını dağıdacam... Mən öz tariximi qələmlə yox, qanla yazmalıyam”. Bu ismarıclar 2019-cu ilin yazından xüsusən ortaya çıxıb. Azərbaycan adlı dövlət indi sülhə deyil, müharibəyə səy göstərir və öz ictimaiyyətini də bu müharibəyə hazırlayır”, - erməni ekspert yazıb.