Banqladeşdə partlayış: 7 nəfər ölüb


Banqladeşin Çittaqonq şəhərində beşmərtəbəli binada partlayış baş verib.

APA -nın “Daily Star” nəşrinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 8.30 radələrində binanın birinci mərtəbəsində qaz kəmərində baş verən partlayış nəticəsində 7 nəfər ölüb.

Partlayış zamanı 15 nəfər xəsarət alıb.

Qaz kəmərində partlayış hansı səbəbdən baş verdiyi məlum deyil.