Belə bol süd verirlər: İnəklərə virtual həqiqət eynəyi taxdılar



 Rusiyada mütəxəssislər və baytarların təkmilləşdirdikləri eynək, heyvanlara yaşıl və qırmızı rəngi göstərmir, yalnız sarı və mavi rənglərin kölgələri əks olunur.


 
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, Rusiyada bir ferma, inəklərin süd istehsalını artırmaq üçün qeyri-adi üsula əl atıb. Moskva yaxınlığındakı fermada, heyvanlara virtual həqiqət gözlüyü taxıblar. Ferma sahibləri, baytarlar və mütəxəssislərin hazırladığı cihaz mallara yaz mövsümündəki kimi günəş işığı altında otladıqlar hissini verir.

Rusiya Kənd Təsərüfat Nazirliyi söz mövzusu olan icadı Hollandiya və İsveç alimlərinin işlərini nümunə kimi götürüb.

Bu cihaz heyvanlara uyğun rəngləri təqdim edir. Başına taxılan bu eynəklə mallar yaşıl və qırmızı rəngi görə bilmirlər, yalnız sarı və ya mavi rənglərin kölgələrini idrak edə bilir. 

Turan