Morales Argentinaya köçür

Boliviyanın eks-prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Expreso de Salta” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, bu şəhər Boliviya sərhədindən bir saatlıq məsafədə yerləşir.

Moralesin şəhərdə gələn həftə məskunlaşacağı bildirilib. O burada özünün Sosializmə Doğru Hərəkat Partiyasının prezident seçkisi kampaniyasına rəhbərlik edəcək.

Moraleslə bərabər bu şəhərə vitse-prezident Alvaro Qarsiya Linera və daha 12 nəfərin gələcəyi qeyd edilib.