Fərhad Mehdiyev: “9 fevral ölkəmiz üçün bir fürsətdir”

“9 fevral 2020-ci il seçkiləri ölkəmiz üçün bir fürsətdir”.  Sherg.az-ın xəbərinə görə, bu barədə növbədənkənar parlament seçkilərinə 21 saylı Nəsimi seçki dairəsindən namizədliyini irəli sürmüş tanınmış hüquqşünas, professor Fərhad Mehdiyev deyib. 

“ReAL Cümhuriyyətçilər” İttifaqından namizəd olan professor vurğulayıb ki, siyasi elita başa düşməlidir ki, ölkənin modernləşməsi üçün siyasi islahatlar zəruridir: 

“Tərəfsiz məhkəmə sisteminin qurulması, iqtisadiyyatda sərbəst bazarın qurulması, siyasi rəqabətə meydan açılması milləti inkişaf etdirəcək. Lakin fevral seçkilərində azı 25 müstəqil siyasətçi parlamentə seçilə bilməsə, dialoqa açıq olan həqiqi müxalif güclər tamamilə marijinal hala gələcək. Cəmiyyətdə siyasi kataklizmalar qaçılmaz olacaq. Əgər qanunsuzluğa yol verilərsə, şəxsən özüm, seçkilər yolu ilə nəyinsə dəyişəcəyini, reformların ola biləcəyi fikrini müdafiə edə bilməyəcəm. Bu cür meydanda radikal güclər, o cümlədən dini radikalizm çiçəklənəcək və bundan da dövlətçiliyimiz zərər çəkəcək”.