Daha bir jurnalistin deputatlığa namizədliyi qeydə alındı

Daha bir tanınmış jurnalistin - Rufik İsmayılovun namizədliyi 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi tərəfindən rəsmən qeydə alınıb.

Sherg.az-ın xəbərinə görə, bu barədə deputatlığa namizəd özü məlumat verib.

R.İsmayılov Feysbuk ptofilində daha bir mərhələni uğurla keçdiyini yazıb: 

"Namizədliyimin təsdiqlənməsi üçün mənə imza verən, mənəvi dəstək olan, xeyir-duasını əsirgəməyən bütün goranboylulara, o cümlədən şəxsimə qarşı yalnız hörmət gördüyüm DSK üzvlərinə dərin minnətdarlığımı bildirirəm. İndi növbəti mərhələləri uğurla başa vurmaq üçün çalışmaq gərəkdir. Hər bir halda Vətənə, dövlətə, xalqa, millətə xeyirli-uğurlu olsun! Digər namizədlərə də uğurlar arzulayıram!".

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.