Ən gərgin dairənin sədri xəstəxanalıq oldu

Xətai rayonu 35-ci seçki dairəsinin sədri İmran Hüseynəliyevin səhhətində ciddi problem yaranıb.

Serq.az BakuPost-a istinadən xəbər verir ki, dünən iş yerində qəfildən səhhəti pisləşən Hüseynəliyeva təcili yardımla xəstəxanaya aparılıb.

Hazirda dövlət xəstanaların birində müalicə alan dairə sədrinin ürəyində ciddi problemlərin olduğu bildirilir.

Yaxınlarının sözlərinə görə, o, müalicə üçün sabah İrana aparılacaq
Məlumatı DSK-dan təsdiqləyiblər.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 35–ci seçki dairəsi ən gərgin dairə hesab olunur. Həmin dairədən Ümid Partiyasının sədri İqbal Ağazadə ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mübarizə aparır.