Polis leytenantından İBRƏTAMİZ ADDIM: "Oğlu ilə yanaşı 4 azyaşlını..." - Fotolar


Daxili İşlər Nazirliyinin əməkdaşı, polis leytenantı Sofuyev Tural Alı oğlu ibrətamiz addım atıb. 
“Sherg.az”ın əldə etdiyi məlumata görə, daim xeyriyyəçi və əməlisaleh davranışları ilə seçilən  DİN əməkdaşı 2020-ci ilin 19 yanvarında 1 yaşlı oğlu Sofuyev Məhəmmədə sünnət toyu edib.

Mərasim qonaqlarda sentimental hisslər doğuran məqamlarla  yadda qalıb. Cənab leytenant  toya “Ümid evi” körpələr evində məskunlaşmış 4 azyaşlını –Mərhəmət, Hacı, Novruz və Yusifi- dəvət edib. Məhəmmədlə yanaşı əziz-xələf qonaqlar da toy qiyafəsi geyinərək, bəylik kürsüsünə əyləşiblər.

Bu körpələri öz övladlarından fərqləndirməyən leytenant mərasim boyu onları əyləndirib. Yaranmış mənzərədən duyğulanan, təsirlənən başqa qonaqlar da  Məhəmmədlə yanaşı, digər  səbəbkarlara diqqət, qayğı göstəriblər.


Onları rəqsə dəvət edib, əyləndiriblər və sonra xatirə fotoları çəkdiriblər. Qeyd edək ki, cənab leytenant sığınacaq sakinlərinin sünnət əməliyyatını öz üzərinə götürüb.

Onlar bu həftənin cümə axşamı günü “Topçubaşov” adına xəstəxanada sünnət əməliyyatı ediləcəklər.

Qeyd edək ki, Sofuyev Tural ailəlidir,  iki övladı – bir qız, bir oğlu var.