Məzahir Pənahov: “Bülletenlər çox ciddi şəkildə qorunmalı və seyfdə saxlanılmalıdır”

“Bülletenlər çox ciddi şəkildə qorunmalı və seyfdə saxlanılmalıdır”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, məntəqələrdə olan müşahidəçilər, jurnalistlər, bloggerlər seyfin səsvermə gedən otaqda yerləşdirilməsini tələb edə bilər: “Bülletenlər vacib sənəddir, buna görə də seyfdə saxlanılmalıdır”.