Anti-azərbaycan qüvvələrin Ruben Vardanyanla bağlı növbəti təbiğat kampaniyası başlayıb. Vardanyanın “Nobel sülh mükafatı”na namizəd kimi göstərilməsi, bunun ardından onun guya aclıq aksiyasına başlaması, ailə üzvlərinin CNN kimi platformalara çıxışı "Vardanyan şousu"nun davamıdır.
Millət vəkili Fazil Mustafanın "Sherg.az"a görə Qərb PR şirkətlərinin Ukraynada separatizmə birbaşa dəstək verən Vardanyanı "qəhramanlaşdırması" Azərbaycandan qisas alınmasının təzahürüdür:
"Regionda Qərbin mövqeyindən çıxış edə biləcək yeganə dövlət Azərbaycandır. Buna baxmayaraq biz Qərbin Azərbaycana qarşı qərəzli mövqeyinin şahidi oluruq. Vardanyan indi separatist və terrorçu əməllərinə görə həbsdədir. Məhkəmə proseslərini gözləyir. Qərb PR şirkətləri isə Vardanyanı dəstəkləməklə antiazərbaycan mövqeyi nümayiş etdirir. Vardanyanın "Nobel sülh mükafatı" namizədliyi məsələsinə gəldikdə isə burda ciddi bir problem görmürəm. İstənilən adam "Nobel sülh mükafatına" namizəd ola bilər, lakin Vardanyanın mükafatı qazanması üçün heç bir əsas yoxdur. Ermənistan son zamanlar sülh proseslərinə isti yanaşsa da, Vardanyan kimi əliqanlı birini müdafiə etməyə çalışmasını xoş qarşılaya bilmərik".