Bakıda ər arvadını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Qəhrəmanova Aytəkin Ədalət qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin və belin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.