Bakıda yaşayış binasında yanğın başlayıb

Bakının Yasamal rayonunda yaşayış binası yanır.  Hadisə rayonun Kazım Kazımzadə küçəsi 47 ünvanında baş verib. 

İlkin məlumata görə, yanğın on altı mərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsindən başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti faktı təsdiq edib.

Bildirilib ki, sözügedən ərazidə yaşayış binasında yanğın baş verib:

“Yanğınla bağlı çağırış daxil olub. FHN-in yanğından mühafizə xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın sadəcə bir mənzildə qeydə alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”.