Təqaüdə göndərilən yeddi hakimin adı bəlli oldu - SİYAHI

Ötən il Ali Məhkəmənin təqaüdə göndərilən hakimlərinin adları açıqlanıb.

Məhkəmə-Hüquq Şürasından “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, yeddi hakim son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Bunlar Əli Rüstəmov, Teymurxan Hacıqayıbov, Fərhad Əliyev, Tatyana Qoldman, Ənvər Şadıyev, Əsəd Mirzəliyev və Gülzar Rzayevadır.