106 saylı Seçki Dairəsi ilə bağlı qərar verildi

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə  21 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılıb. 

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müvafiq qərar qəbul edilib. 

Qeyd edək ki, qərar həmin dairə üzrə namizəd Mütəllim Rəhimovun şikayəti əsasında verilib.

Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin lider namizədi Ülviyyə Ağayevadır.