Alman publisist və tərcüməçi: “Avropa Xocalı ilə bağlı haqsızlıqları bilməlidir”

Alman publisist və tərcüməçi Mattias Volf Azərbaycan dilində təmiz danışır və yazır, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi öyrənir. 

Ümumavropa Qarabağ mitinqinə qoşulan Mattias Volf ölkəmizə olan sevgisini Diaspor TV-yə danışıb.

O, Xocalı faciəsi ilə bağlı fikirlərini də bölüşüb. M.Volf bildirib ki, Avropa Xocalı ilə bağlı haqsızlıqları bilməlidir. 

Alman publisist Azərbaycan dilində olan mahnıların bir neçəsini və Azərbaycan himnini də səsləndirib.