Parlamentdə iş rejiminin dəyişilməsi təklif olundu


Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında parlamentdə iş rejiminin dəyişilməsi təklifi səsləndirilib.
"Sherg.az"ın məlumatına görə, bu təklifi millət vəkili Elman Məmmədov irəli sürüb.
O, iclasların saat 11.00-da başlayıb, 13:00-da bitməsini və ya 10:00-da başlayıb, 12:00-da bitməsini təklif edib.
Qeyd edək ki, hazırda iclaslar 12.00-da başlayır.