Koronavirusla mübarizə Milli Məclisdə müzakirə ediləcək


Martın 17-də keçiriləcək Milli Məclisin növbəti plenar iclası koronavirusa həsr ediləcək. 

“Sherg.az”ın xəbərinə görə, sabah keçiriləcək plenar iclasda koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər müzakirə olunacaq.

İclasın gündəliyinə uyğunlaşdırma xarakterli bir sıra qanun layihələrinin salınması da gözlənilir.

Həmçinin, iclasda “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.