Kamal Abdulladan unikal təşəbbüs: Professor və tələbələrin üzünü güldürüb


Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla növbəti dəfə təqdirəlayiq təşəbbüs irəli sürüb.
"Sherg.az" xəbər verir ki, bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat verib. O diqqətə çatdırıb ki, akademikin tapşırığı ilə Novruz bayramı münasibətilə universitetimizin yaşlı, pensiyada olan professorlarına və ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələrinə bayram sovqatları təqdim etdilib: "Həmin şəxslərlə bayramlaşdıqvə rektorumuzun təbriklərini, xoş arzularını, salamlarını çatdırdıq. Professorlarımızın üzündəki təbəssüm, sevinc əvəzsiz idi. İsti münasibət üçün hər birinizə təşəkkür edirəm. Bayramınız mübarək!".