TƏKLİF: “Sosial Marketlər” yaradılsın!”

"Dövlət karantin müddətində iri marketlərlə müqavilə imzalayıb “Sosial Marketlər” yaratmalıdır". "Sherg.az"ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Partiya rəhbəri bildirib ki, İqtisadiyyat Nazirliyi dövlət büdcəsi hesabına ərzaqlar almalıdır: "Nazirlik sosial mağazalarda maya dəyərindən aşağı qiymətlərlə satışını təşkil etməlidir ki, əhalinin aztəminatlı hissəsi müdafiəsiz qalmasın. Yaradılan fonda daxil olan vəsaitlərdən də bu məqsəd üçün istifadə etmək olar. Hər halda bunun üçün mənbələr var. Səlahiyyətli dövlət qurumları üçün maraqlı olarsa, Ümid Partiyası bu məsələ ilə bağlı tam proqram təqdim etməyə hazırdır. Nəzərə almalıyıq ki, mövcud qiymətlər aztəminatlı ailələrin vəziyyətinə çox pis təsir göstərir”.