Narahatlığa son: “Keçilməyən mövzular imtahana salınmayacaq” 

Virus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrinin tətil müddətinin uzadılması, valideynlərin narahatlığına son qoydu. Amma bir məsələ var ki, buraxılış və qəbul imtahanlarına hazırlaşan şagirdlər hazırlıqsız ola biləcəklərindən ehtiyatlanırlar. Çünki hazırlıq kurslarının fəaliyyəti də dayandırlıb. Belə vəziyyət bir çox suallar doğurur. 

Təhsil eksperti Kamran Əsədov bu gün valideyn və şagirdləri narahat edən məqamlara aydınlıq gətirib.
Ekspert bildirib ki, keçilməyən mövzular imtahan suallarına salınmayacaq: 



"Bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün hazırlaşan abituriyentlərə, onları hazırlaşdıran müəllimlərə vacib bir məqamı rəsmi olaraq məlumat verim ki, DİM-in keçirdiyi builki bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq.
Bu o deməkdir ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq.
Amma 11 - ci sinif şagirdinin 3 martdan sonra keçməli olduğu bir çox mövzuları o 9 - cu sinifdə oxuyanda keçib. Ona görə də, məhz həmin mövzuları 11 - ci sinif dərsliklərindən yox, 9 cu sinif dərsliklərindən oxuyub öyrənsinlər. Bir daha qeyd etmək istəyirəm ki, bütün fənlər və bölmələr üzrə tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq. Hətta tədris bərpa olunduqdan sonra da bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq.
K.Əsədov onu da qey edib ki, imtahanların nə vaxt və necə keçiriləcəyi məlum deyil. İmtahanların forması hələki öz əvvəlki qaydasında qalıb. Dəyişiklik olsa, bu barədə məlumat veriləcək".