Sıçuan əyalətində zəlzələ: 4000-dən çox insan zərər çəkib


Çərşənbə günü Çin cənub-qərbindəki Sıçuan əyalətinin Şisyuy rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Yerli hakimiyyət orqanlarının cümə axşamı verdiyi məlumata görə, zəlzələdən 4000-dən çox insan zərər çəkib.

AZƏRTAC Sinxua agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Şisyuy rayonundakı 84 kənddə 790-dan çox evə müxtəlif dərəcədə zərər dəyib. Zəlzələnin vurduğu iqtisadi zərərin həcmi təqribən 79,83 milyon yuana bərabərdir (11,28 milyon ABŞ dolları).
Qurbanlar haqqında hələ xəbər yoxdur.

Qanszı-Tibet muxtar dairəsinin Sıçuan əyalətinin Şisyuy rayonunda 5,6 maqnitudalı yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 20:23-də başlanıb.

Yerli hakimiyyət orqanları bildiriblər ki, zəlzələnin episentri əyalətin inzibati mərkəzi Çendu şəhərindən 559 kilometr məsafədə yerləşir.