Koronavirus bəlası: Körpə də anasının yanında dəfn edildi - FOTOLAR


 Son gələn xəbərə görə, Türkiyənin Kocaeli şəhərində koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanada həyatını itirən Betül Aydının (39), vaxtından əvvəl dünyaya gətirdiyi körpəsi də həyatını itirib.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, həyat yoldaşını və körpəsini itirən və evdə xəstəlikdən sonra müalicəsini davam etdirən ağrılı ata Rəcəb Aydın, "Həyat yoldaşım üçün cənazə namazı qalınmadı. Halallıq edilmədi. Sənin haqqın halaldır" dedi.

Qeyd edək ki, Kartepe rayonunda yaşayan Betül və Rəcəb Aydın cütlüyünün koronavirus testləri müsbət çıxmışdı. Onlar dərhal xəstəxanada müalicə altına alınıb. 

Xroniki bronxit xəstəliyi olan Betül Aydın körpəsini keysəriyyə yolu ilə  dünyaya gətirib. Körpə İstanbuldakı xüsusi bir xəstəxanada müalicə altına alınıb, burada bir inkubatora salınıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, bazar ertəsi günü Betül Aydın vəfat edib və torpağa tapşırılıb.
Erkən doğuş səbəbi ilə xəstəlikləri olan körpə də dünən müalicə olunduğu xəstəxanada vəfat edib. Körpə də  eyni qəbiristanlıqda anasının yanında dəfn olunub.

Xəstəliyi məğlub edərək evdə karantində olan Rəcəb Aydın sosial media hesabında paylaşıb edib.





Həyat yoldaşının ölümündən bir gün sonra Rəcəb Aydın, "Həyat yoldaşım üçün cənazə namazı qılınmadı. Halalıq olmadı, çünki korona imkan vermədi. Buna görə indi hamıdan halallıq haqqı istəyirəm..." deyə yazıb.

Aydın ailəsindən təxminən 20 nəfərin ev karantinində olduğunu ifadə edən məhəllə müdiri Turan Yıldız, "2 gün əvvəl mərhumun anasını itirdik. Bu gün uşağı itirdik, xilas edə bilmədilər. Ailənin başçısına can sağlığı arzulayıram. Heç kim – nə atası, nə də ailəsi gəlmədi. Hamısı karantindədir. Aramızda icma yaratdıq və dəfn etdik. Allah hamıya səbr versin. Atası və ailəsindən 2 övladı karantindədir. Ata da daxil olmaqla 20 nəfərlik bir karantin var.
Qonşuları karantində deyil, yalnız ailənin yaşadığı evlər karantindədir. Ümid edirəm ki, onları xilas edəcəyik" deyə bildirib.

Digər tərəfdən, ehtiyat tədbirləri üçün karantinə alınan ata Rəcəb Aydın və ailəsinin bütün ehtiyacları Dərbənd Jandarma Komandirliyi qrupları tərəfindən qarşılanır.

Turan