Baş redaktor tibbi maska hazırlayıb pulsuz paylayır


 Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, Azərbaycanda da tibbi maskaya tələbat yaranıb. Artıq insanlar apteklərdə maska tapa bilmirlər. Müvafiq qurumlar isə vətəndaşlara maskasız çölə çıxmamağı tövsiyə edir.

Belə çətin məqamda “Avtosfer” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlının atdğı addım təqdir edilib.

O, evində maska hazırlayaraq ehtiyacı olanlara paylayıb. Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən E. Muradı deyib:

“Bunu bir dostumda gördüm. Sonra necə hazırlandığını öyrənib, necə deyərlər, mən də əlimi daşın altına qoydum. Maskaları salfetdən hazırlayıram. Ancaq, məncə, bu, daha etibarlıdır, nəinki Çindən gətirilənlər. Dünən 7-8 manat xərclə 20 maska hazırladım və həmkarlarımıza, o cümlədən ehtiyacı olanlara payladım. Vaxtım olduqca bu işlə məşğul olacam”.