Pakistanda COVID-19 koronavirusuna 3864 adam yoluxub


Pakistanda COVID-19 koronavirusuna 3864 adam yoluxub, 54 nəfər ölüb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Bəlucistan əyalətinin Kvetta şəhərində koronavirus xəstələrinin müalicə olunduğu iki xəstəxananın həkim və feldşerləri qoruyucu vasitələrin çatışmazlığı ilə bağlı aksiya keçiriblər.

Gənc Həkimlər Assosiasiyasının rəhbəri Yasir Xan bildirib ki, qoruyucu maskalar paylansa da, yenə çatışmır, qoruyucu eynəklər ümumiyyətlə verilməyib.

Əyalət hakimiyyətinin nümayəndəsi deyib ki, Çinə qoruyucu vasitələr sifariş verilsə də, hələ ki ölkəyə gəlməyib və yaxın günlərdə tibb işçilərinə çatdırılacaq.