Trampın ÜST-lə başqa dərdi var: Qarşıdan  prezident seçkisi gəlir

 "Amerika maliyyə ayırıb-ayırmasa da, bu təşkilat fəaliyyət göstərəcək. 193 üzvündən birini itirməsi quruma elə də çox itki verməyəcək"

ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatına ayrılan maliyyə yardımının dayandırılması ilə bağlı göstəriş verib. Tramp ÜST-ni Çinin əsiri adlandırıb.

Ağ Ev rəhbəri təşkilatın pandemiya ilə bağlı ört-basdır etdiyi məsələləri araşdırdıqlarını deyib: “Nə baş verdiyini anlamağımız uzun çəkdi. Ancaq ÜST-ün Çində baş verənlərlə bağlı məlumatlı olduğunu hiss edirəm. ÜST ölkələrin sərhədlərini virusdan qoruya bilmədi. Bu, böyük bir səhv idi. Bəlkə də səhv deyildi və ÜST çox şey bilirdi. Mənə görə ÜST Çinin əsiridir və onların göstərişini yerinə yetirir”.

Məlumat üçün deyək ki, Amerikanın ÜST-ə ayırdığı məbləğ təşkilatın ümumi büdcəsinin 13 faizinə bərabər idi. 

Trampın qərarını “Sherg.az” şərh edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Amerika lideri Ümumdünya Səhiyyə Təşkilatının nizamnaməsi ilə tanış olmalıdır. 



Professor bildirib ki, ÜST 1948-ci ildə dünyada xəstəliklərin yayılmasına qarşı BMT-nin nəzdində təşkil olunmuş bir qurumdur: 

“ÜST qeyri-dövlət orqanıdır və BMT-də qeydiyyatdan keçib. Bu qurumun səlahiyyətləri ancaq tövsiyyə xarakterli təlimatlar verməkdir. ÜST heç bir dövlətin ərazisində nə karantin təyin edir, nə də onu həyata keçirir. Trampın təşkilatla başqa problemləri var. Vaxtı ilə həmin qurum ABŞ-ın “sözçüsü” idi. Məhz buna görə Amerika təşkilata ən çox maliyyə yardımı ayırırdı. İndi Vaşinqton rəsmən pul verməsə də, məlumdur ki, ÜST-ə vəsait ödəyən ianə təşkilatları var. Tramp-ÜST toqquşmasının səbəbi Çin deyil. Çin özü də bu məsələdə Amerika kimi ziyan çəkən dövlətlərdən biridir. Donald Trampın dərdi qarşıdan gələn prezident seçkisini sığortalamaqdır. Əslində Ümumdünya Səhiyyə Təşkilatı öz səlahiyyətlərinə aid olmayan işlərlə məşğuldur. Rokfellerin “qızıl milyard” nəzəriyyəsinə görə, dünyada sadəcə bir milyard ağ əhali qalmalı, digər bir milyard isə onların nökəri olmalıdır. Qalan 4-5 milyard əhali məhv edilməlidir. Məhz bu məqsədlə müxtəlif layihələr həyata keçirilir. Bil Qeytsin hazırladığı yeni növ çip məsələsi də bunun tərkib hissəsidir. Artıq İsveçrədə əhalinin 14 faizinə çip yerləşdirilib. Əgər bu proses kütləviləşsə, zombiləşmiş insanlar yaranacaq və 5 milyon adamın eyni anda öldürülməsi problem olmayacaq”. 

Siyasi şərhçiyə görə, bəzi məqamlara görə Trampı qınamaq olmur: 

“Məsələ ondadır ki, Çindən fərqli olaraq ABŞ-da yayılan koronavirusa görə ölənlər ancaq afro-amerikalılar, ispandillilər və asiyalılar oldu. Koronavirusun bu qədər “ağıllı” olması mümkün deyil. Deməli, bu məsələdən ÜST-nin də xəbəri olub, amma onlar Vaşinqtona məlumat verməyi lazım bilməyiblər. Amerika maliyyə ayırıb-ayırmasa da, bu təşkilat fəaliyyət göstərəcək. 193 üzvündən birini itirməsi quruma elə də çox itki verməyəcək. Həm də nəzərə alaq ki, ABŞ-ın “5-ci kalon”u ÜST-ü idarə edir və maliyyələşdirir”.