“İnsanlar qorunma qaydalarına riayət etməlidir” - Açıqlama

“İmmunitetlərini güclü saxlamalı, hansısa simtopmlar hiss edən kimi həkimə müraciət etməlidir”




“Son 4 ayda dünyada baş verənlər göstərdi ki, hansısa qlobal qüvvə prosesi həyata keçirir. Məqsədlər çoxdur, onlardan biri də dövlətləri çökdürməkdən ibarətdir”. 

Bunu “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 

Birlik rəhbəri vurğulayıb ki, son dərəcə zəif bir virusla bütün dünyanı qorxudub iflic halına gətiriblər: 

“İqtisadiyyatlar darmadağın edilib, bəşəriyyət həbs edilib, insani və sosal münasibətlər məhv olub. Artıq 150-yə yaxın ölkə Beynəlxalq Valyuta Fondunun qapıları qarşısında diz üstə çöküb kredit istəyirlər. Bunların məqsədləri məlumdur, dövlətləri siradan çıxarmaq, xalqları özlərinə tabe etmək, asılı vəziyyətə salmaq. Ona görə də, bütün dünyada artıq çoxsaylı faktlarla ifşa olunmuş süni ajiotaj və qorxu yaradaraq, yoluxma və ölüm sayını dəfələrlə şişirdərək qlobal qorxu imperiyası qururlar. Çox şükür ki, bizim dövlətimiz həm maliyyə-iqtisadi, həm də sosial-psixoloji cəhətdən bunların qarşısında aciz vəziyyətə düşmədi. Vaxtında görülmüş tədbirlər nəticəsində vəziyyət nəzarət altına alındı. Sadəcə, böyük iqtisadi zərər çəkdik, sosial problemlər kəskinləşdi. Artıq buna son qoymağın vaxtıdır. Virusun tüğyan etdiyi bir çox ölkələrdə həyat normala dönüb, iş yerləri, məktəblər açılıb, sadəcə müəyyən qorunma tədbirlərinə riayət edilir”. 



E.Bayramlının sözlərinə görə, viruslar, xəstəliklər həmişə var və olacaq: 

“Bu da onların ən zəiflərindən biridir. Əlbəttə, bütün infeksion xəstəliklərdən, yoluxucu viruslardan qorunmaq lazımdır. Bunun üçün həyatı iflic vəziyyətə salmağa ehtiyac yoxdur. İnsanlar sadəcə məsafə, dezinfeksiya və digər qorunma qaydalarına riayət etməlidir. İmmunitetlərini güclü saxlamalı, hansısa simtopmlar hiss edən kimi həkimə müraciət etməlidir. Fikrimcə, karantin dərhal götürülməli, bütün həyati vacib sahələrdə iş yerləri bərpa edilməli, sadəcə qaydalara riayət etməyə nəzarət davam etməli və əməl etməyənlər cəzalanmalıdır. Çalışmaq lazımdır ki, ictimai nəqliyyatda sıxlıq yaranmasın və insanlar həmin müddətdə respiratorda əlcəkdə olmalıdır. Hələlik, sərhədləri bağlı saxlamaq olar. Ölkə daxilində isə yoluxma demək olar ki, bloklaşdırılıb. Yaxın günlərdə yoluxmanın tam dayanacağını güman edirəm, ya da tək-tük hallar ola bilər. Əlbəttə, yoluxma artsa, tədbirləri gücləndirmək olar, lakin azalma gedirsə, demək biz bu müharibədə qalib gəldik. Hökumət hər şeyi nəzarətdə saxlayır və əminəm ki, tezliklə hər şey qaydasına düşəcək, insanlarımız sadəcə bir az da səbr etsinlər”.