“Paşinyan bilərəkdən əslində faşizmin təbliği ilə məşğuldur”

“Çünki Ermənistanda hələ Qroriyan kilsəsindən üzü bəri digər xalqlara nifrət üzərində köklənmiş ideyologiya mövcuddur”

“Elə buna görədir ki onlar nasizm və faşizm ideyologiyalarına rəğbətini gizlədə bilmir”




Bu il 9 may - faşizm üzərində qələbə günündə Ermənistanın baş naziri Nikol Paşinyan da öz babasının fotosunu paylaşıb. Bununla da böyük qalmaqal yaşanıb. Məlum olub ki, Nikol Paşinyanın babası, yəni böyük Nikol Paşinyan alman faşistləri tərəfində SSRİ-yə qarşı vuruşub.

Azərbaycan ictimaiyyətinin fikrincə ortaya çıxan faktlar Paşinyanın nasist cinayətkarlarının, indiki Ermənistan siyasi elitasının banisi elan edilmiş Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsindəki  prinsipal mövqeyini izah edir.  

Millət vəkili Sahib Alıyev deyib ki, Paşinyan babasının şəklini paylaşarkən bu məlumatların üzə çıxacağını da çox güman ki, əvvəlcədən təxmin edib:

"Dövlət xadimi və siyasətçi  kimi onun bacarıqsız olması Münhen və Aşqabaq görüşündən bəllidir. Amma babasının Alman faşizminə xidmət etməsinə dair foto paylaşmasınə təcrübəsizlikdən etdiyini düşünmürəm.  

 Görünür Paşinyan bilərəkdən əslində faşizmin təbliği ilə məşğuldur. Çünki Ermənistanda hələ Qroriyan kilsəsindən üzü bəri digər xalqlara nifrət üzərində köklənmiş ideyologiya mövcuddur. Elə buna görədir ki onlar nasizm və faşizm ideyologiyalarına rəğbətini gizlədə bilmir.

Hər nə qədər bu məlumatlar yayıldıqdan sonra bəzi erməni saytları həmin şəxsin Paşinyanın babası olmadığını sadəcə ad və soyad oxşarlığı olduğu barədə xəbərlər yaymaqla guya vəziyyəti düzəltməyə çalışsalar da bu da bir faktdır ki, keçmiş SSRİ ölkələri arasında say nisbətilə götürdükdə Hitler Almaniyasına xidmət edənlər arasında ermənilər birinci yerdədir". 

 Sahib Alıyevin sözlərinə görə həmin dövrdə 300 min erməni cəbhəyə çağırılıb ki, bunun da 30 mini legioner olub. Hətta müharibə ərəfəsində bir neçə dəfə cəbhə dəyişdirən erməni batalyonunu olması da tarixi faktdır.