“Karantindən üzüağ çıxa bilərik, bir şərtlə ki...” - Millət vəkili 

İnsanlar qanunlara və şəxsi gigiyena qaydalarına əməl etsinlər, kütləvi toplaşmalardan uzaq dursunlar”



“Karantin zamanı vətəndaşlar tələb olunan qaydalara mütləq əməl etməlidirlər. Cənab Prezident hər zaman çıxışında koronavirusla bağlı mühüm məqamlara toxunur. Lakin vətəndaşların çoxusu özünütəcrid qaydalarına riayət etmirlər”.  

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputat qeyd edib ki, sosial izolyasiya tədbirlərinə əməl etsək, məsələ həllini tapacaq:

“Görürük ki, nəhəng ölkələrdə vəziyyət günü-gündən pisləşir. Azərbaycan vaxtında çevik reaksiyalar verdi, müvafiq şərait yaradıldı, xəstəxanalar açıldı, ölkəmizə maskalar gətirildi. Eyni zamanda Azərbaycandakı 2 zavod maska istehsalını həyata keçirir. Heç bir ölkədə bu qədər işlər görülməyib.Ona görə də biz risk zonasından uzağıq.

Amma qaydalara riayət etməsək, başqa ölkələrdəki kimi ciddi durumla üzləşə bilərik. Son günlər virusa yolxunaların sayında artım var, ona görə də insanlarımız başa düşməlidir ki, qanunlara riayət etmək lazımdır.

Şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi yığışmalardan uzaq durmaq lazımdır. Bütün bunları kompleks şəklində götürsək, karantindən üzü ağ çıxa bilərik”.

Qeyd edək ki, Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” müəssisəsinin açılışında iştirak edib. Ölkə başçısı koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafının aktual mövzuya çevrildiyini bildirib. Prezident virusla bağlı vəziyyətin tam nəzarətdə saxlanıldığını qeyd edib: