“Trampın məktubu qonşulara psixoloji pressinqdir” 

“Bu  məktubda Qarabağ məsələsində Azərbaycana sətiraltı dəstək ifadə olunur”


“ABŞ prezidenti Donald Tramp 1918-ci ildə müstəqillik əldə etmiş Cənubi Qafqaz xalqları içərisində ilk olaraq Azərbaycan prezidentinə təbrik məktubu yolladı”. 
Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. 
Politoloq bildirib ki, bu, 3 ölkə arasında məhz bizə Trump tərəfindən edilən vurğunun göstəricisidir: 

“Təbrik məktubunda, Tramp “Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəkləndiyi “ni yazır. Bu o deməkdir ki, Vaşinqton İran, Ermənistan və Rusiya arasında yerləşən Azərbaycana qarşı bu dövlətlər tərəfindən təxribatlara qarşıdır. Məktubda bu dəstəyin ifadə olunması qonşulara psixoloji pressinqdir. İkincisi, məktubda Qarabağ məsələsində Azərbaycana sətiraltı dəstək ifadə olunur. Üçüncü, enerji və logistik layihələr dəstəklənir. Beləliklə, müsəlman - türk dövləti olan Azərbaycan Respublikası, onun lideri İlham Əliyevin sayəsində qlobal siyasi-iqtisadi proseslərdə bütün xarici istiqamətlərdən rəğbət və dəstək qazanmaqdadır”.