"İlham Əliyev təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir"

"Müasir dövr texnologiyanın sürətli inkişaf mərhələsidir".

Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini, gənc fəal Fuad Heydər deyib.

F.Heydər bildirib ki, texnologiya əsrinin yenilikləri ilə ayaqlaşmaq üçün mütləq yeni texnoloji layihələri tətbiq etmək lazımdı: 

"Dünyanın aparıcı şirkətləri ilə ölkəmizin sıx əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq birbaşa cənab Prezidentin təbəşşüsləri sayənsində formalaşıb. Azərbaycan dövləti və ölkə başçısı bütün müasir texnologiyaları dəstəkləyir, ölkədə tətbiq edir və təbliğatında mühüm rol oynayır. Prezident İlham Əliyev COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərini bir daha nümayiş etdirdi. Bu görüşlərin vodeoformatda təşkili dünya ictimaiyyətinə çox böyük təəssürat bağışladı".

Siyasi şərhçi bəyan edib ki, dövlət başçısı İlham Əliyev təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir:

"CISCO şirkəti kifayət qədər nüfuzlu və yüksək texnologiyalar üzrə aparıcı taransmilli şirkətlərdən biridir. Bu şirkətin Azərbaycanla əməkdaşlığı Prezidentin şəxsi təşəbbüsü ilə reallaşıb. Xeyli vaxtdır bu şirkət Azərbaycana həm öz layihələrini təqdim edir, həm də Azərbaycandakı yeniliklərlə dərindən maraqlanır. "Ağıllı Şəhər", "Ağıllı Ölkə", Ağıllı Kənd Təsərrüfatı" və "Ağıllı Məktəb" proqramları artıq Azərbaycanda tətbiq edilir. Nəticədə Azərbaycanın Qərb aləmində nüfuzu daha da artır. Bu da təsadüfi deyil. Ölkəmiz hər zaman müasir texnologiyaların tətbiqini dəstəkləyib və bundan sonra da belə davam edəcək"