Deputat: “İnsan alveri ilə bağlı məsuliyyətə cəlb edilənlərin sayı niyə azdır?”

 “Milli Koordinator görülən işləri çox yüksək səviyyədə bizə təqdim etdi”.

“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı millət vəkili Məlahət İbrahimqızı deyib. 

Deputat bildirib ki, hesabatda 18-ci səhifədə birinci cədvəldə insan alveri ilə bağlı cinayətlərin sayı ilə məsuliyyətə cəlb edilmiş şəxslərin sayı arasında ciddi fərq var:

“Dünyada insan alveri ilə cinayətlərin sayı çox sürətlə artır. Ancaq Azərbaycanda məsuliyyətə cəlb edilənlərin sayının az olması nə ilə bağlıdır? İnsan alveri ilə bağlı hazırlanan sosial çarxlarda baxış sayı çox aşağıdır. DİN televiziyalarda bu çarxların yayımı üçün danışıqlar aparırmı? Çünki internetdə bu çarxlara baxış sayı 800-ü keçmir. Digər tərəfdən axtarışda olan şəxslər niyə indiyə kimi saxlanılmayıb? Bu şəxslər Azərbaycan hüdudlarından kənara çıxırlarmı?”.