Peskov xəstəxanadan buraxıldı

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün xəstəxanadan buraxılıb.
APA-nın məlumatına görə, o, “RİA Novosti”yə açıqlamasında xəstəxanadan buraxıldığını təsdiqləyib.

Peskov xəstəxanaya mayın birinci yarısı yerləşdirilmişdi.

Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi yeni növ koronavirusdan müalicə olunurdu.