Hamilə arvadı üçün ərik toplamaq istədi, damdan yıxılıb öldü


Mersində hamilə həyat yoldaşının ürəyi ərik istədi, amma sonu faciə ilə bitdi. Ərik toplamaq üçün damdan ağaca keçərkən yıxılan Həmzə Sezer (32) həyatını itirib.




Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə Erdemli qəsəbəsinin Tömük məhəlləsində baş verib. Həmzə Sezer 7 aylıq hamilə həyat yoldaşı Özlem və 2 uşağı ilə yoldaşlarını ziyarətə gedib. Sezer, arvadının ürəyi ərik istədiyi zaman ağacdan ərik toplamağa qərar verir. Ağaca çıxmaq üçün evin damına qalxan Sezer tarazlığını itirərək yıxılıb. Həyat yoldaşının xəbəri ilə gələn sağlamlıq qrupu, ağır yaralanan Sezəri təcili yardımla Erdemli dövlət xəstəxanasına aparıblar. Həmzə Sezer həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib. Sezerin ölümü ilə əlaqədar istintaq başlayıb.

Turan