İnsanlar metroya və iri ticarət mərkəzlərinə məhdud şəkildə növbə ilə buraxılmalıdır

2 gündür ki, ölkəmizdə bütün hərəkət tam məhdudlaşdırılıb. Amma sabahdan normal rejim bərpa olunacaq. Vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi yenə də vacib amillərdən biridir. Məsafənin saxlanması, maskadan istifafə, gigyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir.

Sabahdan mollar və digər mağazalara yenə insan axını olacaq. Təəssüf ki, vətəndaşlar arasında maskasız olanlar da çoxdur, ara məsafəni gözləməyənlər də. Bütün bunlara əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların  təhlükəsizliyi üçün vacibdir. 

Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi “Sherg.az”a açıqlamasında bildirib ki, şənbə və bazar günləri ölkənin böyük şəhərələrində sərt karantin rejiminin tətbiq olunması indiyə qədər görülən tədbirlərin effekt verməməsi səbəbindən baş verdi.

Onun sözlərinə görə, virusun yayıldığı ilk günlərdə bu məsələdə ən doğru qərar qəbul edildi və nəticələr də öz bəhrəsini verirdi:

“Yayılma azaldıqca hakimiyyət əhalinin anlayışılı olacağına ümid edərək rejimi bir qədər yumşaltmağa qərar verdi. Metrolar və böyük ticarət mərkəzləri açıldı. Bundan sonar əhalinin davranışında yumşaq desək, bir intizamsızlıq yarandı. Bu da çoxluğun virusun oyun olmasına inanmasından irəli gəlirdi.Təəssüf ki, bir sıra tanınmış insanlar və hətta həkimlər əhalini çaşdırmaqla məşğul oldular. İnsanlar isə eşitmək istədiyi yalana tez inanmağa öyrəşiblər. Ən azından bizim cəmiyyət belədir. Bundan sonra növbəti yanlışlıq pandemiyanın qarşısını almağa məsul olan səlahiyyətli şəxslərdən gəldi. Respublikada COVİD 19 -la mübarizə üsulları barədə cavabdeh qurumların fəaliyyətinin effektsizliyi və bundan çıxış yollaru barədə dəfələrlə yazmışdım. İlk növbədə metro və böyük ticarət mərkəzləri ciddi nəzarətə götürülməlidir. Polis və patrullar şəhərin küçələrindənsə metro və ticarət mərkəzlərinin ətrafında və içərisində xidmət göstərməlidirlər”.

V.Əfəndinin fikrincə, insanlar metroya və iri ticarət mərkəzlərinə məhdud şəkildə növbə ilə buraxılmalıdır:

“Onların içəridə çox ləngimələrinə imkan verilməməlidir. Bütün qapalı məkanlarda maska taxılması məcburi olmalıdır. Maska taxmayan vətəndaşlar cərimə olunaraq ərazidən uzaqlaşdırılmalıdır. Xüsusən uşaqların ehtiyac olmadığı halda küçəyə çıxarılması qadağan edilməlidir. Dünəndən şəhərlərimizin boş küşələrində yuyulma prosesi aparılır.Dezinfeksiya işərini mərkəzi küçələrindən kənar yerlərdə də aparılması vacibdir və bunu etmək lazımdır. Maarifləndirmə və təbliğat işi gücləndirilməlidir. Fəal gənclərdən ibarət qrup yaradaraq şəhərdə maskasız gəzən insanlarla maarifləndirici söhbətlər aparılmalıdır.  Küçə və meydanlarda maskalar, əlcəklər və dezinfeksiyaedici məhlullar paylanmasını təşkil edilməlidir. Hesab edirəm ki, yenidən mesajla küçəyə çıxma təcrübəsi tətbiq edilməlidir. Növbəti həftədə də sərt rejim davam etməlidir.Rayonlara gedərək yay istirahəti keçirmək insanlara isə mane olmamaq lazımdır”.