“Açar” Rusiyanın əlindədir” – ŞƏRH 

“Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu dövlət Rusiyadan uzaqlaşmağa başladı”

“Avropanın Ermənistana münasibətinin dəyişməsi də məhz bununla bağlıdır”



Ermənistanda baş verən hadisələr müzakirə olunmaqda davam etsə də, beynəlxalq ictimaiyyət susqun mövqeyindən əl çəkmir. 
"Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının əlindən alınmasını əhali narazılıqla qarşılayıb. Polis aksiyanı yatırıb, insanlara güc tətbiq edib. Amma, elə bil ki, gölə daş atmısan...Nə ATƏT bir söz dedi, nə də başqası .

 Bu haqda “Sherg.az”a münasibət bildirən politoloq Azər Rəşidoğlunun fikrincə, “açar” Rusiyanın əlindədir: 

“Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu dövlət Rusiyadan uzaqlaşmağa başladı. Avropanın Ermənistana münasibətinin dəyişməsi də məhz bununla bağlıdır. Əslində buna ikili standartlar demək olmaz. Qərbə maraqlı olan Ermənistanın geosiyasətidir. Reallıq bundan ibarətdir”.