“Ermənistandakı olayların arxasında Rusiyanın “əl”i var” – AKTUAL

“Paşinyanla Rusiya arsında münasibətlər o qədər də yaxşı deyil”

“Ona görə də Qərb bu məsələni qabartmaq və Rusiya ilə üz-üzə qalmaq istəmir”


“Ermənistanda cərəyan edən hadisələr 1 günün içində baş verməyib. Nə də ki, bütün bunlar Sarukyanın reputasiyasının nəticəsi deyil. Baş verənlər Paşinyana qarşı olan aqressiyanın nümayişidir. Əslində bunun da arxasında Qarabağ klanının kütləsi dayanır”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Ermənistanda baş verən hadisələri şərh edərkən politoloq Rusif Məmmədsoy deyib.
Qərb ölkələrinin və beynəlxalq təşkiların nə üçün susqunluq nümayiş etdirməsinə toxunan analitik vurğulayıb ki, son olayların arxasında Rusiyanın “əli” var:

“Ona görə də Qərb bu məsələni qabartmaq və Rusiya ilə üz-üzə qalmaq istəmir. Bir zamanlar Gürcüstan və Ukrayna da Rusiya ilə qarşı-qarşıya gəlib. Çünki bu ölkələr Qərbə inteqrasiya, NATO-ya və Avropa İttifaqında üzvü olmaq istəyirdilər.

O zamanlar Aİ-yə üzv olmaq istəyəndə Aİ və NATO həmin ölkələrə dəstək göstərmədi. Rusiya gəlib Gürcüstanı və Ukraynanı qarışdırdı. Amma istənilən halda NATO-ya güvənmək hələ tezdir. 

İndiki halda Ermənistanda baş verənlərdə Rusiya amili mövcuddur. Paşinyanla Rusiya arsında münasibətlər o qədər də yaxşı deyil. Əslində Ermənistanda baş verənlərdə Rusiyanın böyük rolu oldu”.