18 futbolçu koronavirusa yoluxdu

ABŞ liqasında çıxış edən klubların futbolçu, məşqçi heyəti və işçiləri koronavirus testindən keçirilib.

Apasport.az saytının məlumatına görə, 668 nəfərin testinin nəticələri artıq açıqlanıb.

Məlum olub ki, yeni mövsüm öncəsi MLS klublarında 24 nəfərdə koronavirus aşkarlanıb. Nəticəsi müsbət çıxanlardan 18-i futbolçu, 6-cı isə klub işçisidir.

Qeyd edək ki, MLS iyulun 8-də turnir formatında start götürəcək və avqustun 11-nə qədər oyunlar Orlandoda keçiriləcək. Azarkeşsiz keçiriləcək çempionatda 26 komanda iştirak edəcək.